Sudandakı müharibə Meroe piramidalarını təhlükə qarşısında qoyub Dünya

Sudandakı müharibə Meroe piramidalarını təhlükə qarşısında qoyub

Sudanda davam edən silahlı münaqişə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Meroe şəhərinin piramidalarının qorunmasını təhlükə altına alıb.

Bu barədə "Africanews" məlumat yayıb.

Məlumata görə, Xartumdan təxminən 200 kilometr şimalda yerləşən tarixi abidənin qorunması ilə bağlı işlər tamamilə dayandırılıb. Xarici elmi missiyalar fəaliyyətini dayandırıb, bir sıra arxeoloqlar isə ölkəni tərk edib.

Arxeoloq Mahmud Süleyman bildirib ki, piramidələrin ətrafında qumun toplanması, bitkilərin artması və duzun daş və qədim yazıları zədələməsi abidə üçün ciddi təhlükə yaradır.

Meroe kompleksi eramızdan əvvəl VIII əsrdən eramızın IV əsrinədək Kuş krallığının hökmdarları üçün məqbərə kimi inşa edilmiş 200-dən çox piramidadan ibarətdir.