Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
10 Aprel 10:36
4 851
Sumqayıt şəhərində, Sumqayıt Bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində muğam axşamı keçirilib. Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub.
Bu barədə APA-ya Sumqayıt Bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu il noyabrın 21-də istifadəyə verilən mərkəz bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir. Açılış mərasimində Prezident İlham Əliyevin iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha sübut edir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən son illər şəhərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, o cümlədən mədəniyyət sahəsinə göstərilən xüsusi diqqət vurğulanıb. Bildirilib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Muğam axşamını Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət Vəkilləri, İdarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də içtimayət nümayəndələri izləyib.
Səhnəyə çıxan ifaçılar , Nisbət Sədrayeva, Rəvan Qaçayev, Ayşən Mehdiyeva, Aytac Baybalayeva, Murad Laçın, Gülnar Qüdrətli, Məftun Səfərov və Xəyal Hüseynov öz yüksək səviyyəli ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar.
İfaçıları peşəkar musiqiçilər , Rüstəm Müslümov (tar), əməkdar artist Toğrul Əsədullayev (kamança), Röya Hacıyeva (kanon), Rəfael Əsgərov (balaban), Əhməd Əhmədov (qarmon), Səfərəli Məhəmmədəliyev (piano), Siyavuş Kərimov (nağara), Səyyar Teymurov (bəm nağara). müşayiət edib.
Tədbirin sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da aktiv fəaliyyət göstərəcək, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək.
Eyni zamanda yaxın günlərdə keçiriləcək tədbirlər də elan olunub. Belə ki, 12 aprel tarixində mərkəzdə uşaqlar üçün 2 seanslı 11:30 və 13:30 saatlarında “Qaraca qız” kukla teatrı tamaşası təşkil olunacaq, 24 aprel tarixində isə tanınmış müğənni Elton Hüseynəliyevin konserti baş tutacaq.
25 Sentyabr 17:16
728
25 Sentyabr 12:00
1 239
24 Sentyabr 22:46
924























