Uitkoff: "NATO Avro-Atlantik təhlükəsizliyin mərkəzi olaraq qalacaq" Dünya

Uitkoff: "NATO Avro-Atlantik təhlükəsizliyin mərkəzi olaraq qalacaq"

ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff Əbu-Dabidəki üçtərəfli danışıqlar ərəfəsində Ukrayna və Aİ nümayəndə heyətləri ilə görüşdə NATO-nun Avro-Atlantik təhlükəsizliyin mərkəzi elementi olaraq qalacağını bəyan edib.

Xalqcebhesi.az -ın məlumatına görə, Uitkoff "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, görüş iştirakçıları müharibədən sonrakı güclü Avropa təhlükəsizlik memarlığına və mexanizmlərinə sadiqliklərini təsdiqləyiblər. O vurğulayıb ki, güclü Şimali Atlantika Alyansı Avro-Atlantik kollektiv müdafiənin əsas sütunu olaraq qalacaq.

Məryəm Quliyeva