Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
6 Dekabr 23:11
6 Dekabr 20:16
6 Dekabr 19:13
“Kreditlərin hesablanması zamanı bir neçə məşhur üsul var. Bu üsullardan bütün dünyada, o cümlədən Azərbaycanda da istifadə olunur. Onlar bilavasitə, sadə bildiyimiz faiz, kompleks faiz, annuitet ödənişlər deyilən hesablama metodu, azalan balans faizi və s. kimi metodlardır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.
O, Azərbaycanda daha çox azalan balans metodu və annuitet metoddan istifadə olunduğunu deyib: “Bu, hazırda bütün bankların təqdim etdiyi və müştəriyə də digər üsullarla müqayisədə daha çox sərf edən bir ödəniş hesablama üsuludur. Çünki bütün aylarda məbləğ olaraq bərabər olur. Bu daha çox fiziki şəxslərin kreditləşməsi zamanı istifadə olunur. Burada bilavasitə dünyada tətbiq edilən metodlardan tətbiq olunur və aylar üzrə bölgünün də bərabər getməsi şərtlərində annuitet metod daha çox istifadə olunur. Sadəcə ilk vaxtlarda əsas borc az olur, faiz isə yuxarı olur. Yəni bu, faizin artması deyil, faizə düşən pulun daha çox hissəsi əvvəl olur. Sonra getdikcə əsas borca olan hissə artır, faiz hissə azalır. Yəni bu, bütün bankların istifadə etdiyi metoddur”.
İqtisadçı, “yəni burada hər hansısa metod səhvdir deyə bilmərik. Ən azı iqtisadi cəhətdən qeyri-peşəkarlıq olar. Sadəcə hesablama metodları var və istehlakçılara, banklara da bu metod daha çox uyğun olduğundan bu metoddan istifadə olunur. Əgər digər metod daha əlverişli olsa, banklar arasında rəqabət var, digər metoddan istifadə etməklə daha çox müştəri yığa bilərlər. Amma hazırda istifadə edilən metod digərləri ilə müqayisədə daha əlverişlidir”,-deyə əlavə edib.
Röya