Orban ABŞ-da Trampla Macarıstanın enerji təhlükəsizliyini müzakirə edəcək
Prezident İlham Əliyev Cəbrayıl şəhər məscidinin təməlini qoyub
Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub
Lavrov Yeni START Müqaviləsini əvəz edəcək yeni müqavilə üçün nəyin lazım olduğunu izah edib
17 Fevral 11:28
8 400
“Münhendə Zelenskiyə ABŞ vitse-prezidentindən daha çox əl çaldılar. Avropalılar Rusiyanın qarşısını ukraynalıların qanı və amerikalıların pulu ilə almaq istəyirlər”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu analitik Fuad Çıraqov deyib.
Ekspert “əcəb işdi, əcəb həriflər tapıblar. Başqa həriflər də tapmaq istəyirlər təbii ki...”,-deyə əlavə edib: “Müharibə başlayandan o yazığa nə qədər belə ayaqüstə alqışlar olub? Ukraynaya əl çalmaq yox yardım etmək lazımdır. Qızıldan da qiymətli vaxt itirilir. Əl çalmaq yox, bu suallara cavab verilməlidi. Müharibə iqtisadiyyatına keçməyi nə vaxt elan edəcəklər? hərbi sənayeni yubatmaqdan qısa müddətdə dirçəltmək öhdəliyi nə vaxt götürülür, qısa müddətli hədəflər, planlar və öhdəliklər nədir? Ukraynaya maliyyə və digər yardımları nə qədər artırırlar? həmin yardımların basıb yeyilməməsi və effektiv xərclənməsi üçün hansı mexanizmlər qurulur? Bu və bu kimi suallara qısa müddətdə aydın cavab verilməlidir”.
Xalqcəbhəsi.az