Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
18 Fevral 2025 10:17
10 234
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra xoşagəlməz qərarlar qəbul etməli olacaq deməsində həqiqət var. Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək və ya müəyyən bir vaxtadək təxirə salmaq istəyir. Bunu da hazırkı danışıqlar prosesi ilə reallaşdıracaq kimi görünür. Amma burada ciddi bir sual yaranır. Tramp bunu necə edəcək? Çünki Rusiya işğal etdiyi ərazilərdən çıxmaq niyyətində deyil. Ən azından bu, o versiyanı ortaya çıxarır ki, Tramp Ukrayna ərazilərinin itkisi hesabına sülhə gedəcək”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
T.Rzayev bildirib ki, sülh müqaviləsindən daha çox atəşkəs sazişi imzalana bilər: “Hətta bunu müqayisə üçün Azərbaycan-Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəsə bənzədə bilərik. Tam elə olmasa da, ona bənzər bir format ola bilər. Yəni Tramp başa düşür ki, Putin hakimiyyətdə olduğu müddət ərzində bu məsələdə yekdil bir qərar qəbul etmək alınmayacaq. Yəni sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Ona görə də mövcud status-kvonu qoruyaraq atəşkəs razılaşmasına gedilə bilər. Bu, beynəlxalq hüquqa zidd deyil. Prinsipcə, Azərbaycan da, Ermənistan da həmin dövrün şərtləri daxilində status-kvonu saxlamaqla atəşkəs imzaladılar. Ancaq bu o demək deyil ki, dünya birliyi Qarabağı Ermənistan ərazisi kimi tanıdı. Tanımadı və Azərbaycan 30 ildən sonra münaqişəni həll etdi. İndi Ukrayna bunu nə qədər qəbul edəcək məsələsi var. Tramp tezbazar atəşkəs əldə edib fərqli maraqlar zəmnində istiqamətlərə yönəlmək istəyir. Məsələn, Tramp Arktika regionu, Yaxın Şərq və Çinlə bağlı məsələlərə fokuslanmaq istəyir. Bunun üçün də Ukrayna müharibəsi ən azından indiki məqamda dayanmalıdır”.
Röya İsrafilova
22 Sentyabr 18:27
784
22 Sentyabr 18:26
1 442
22 Sentyabr 17:04
1 113