Kiyev və Vaşinqton arasında kritik sülh danışıqları başlayır
8 Oktyabr 17:39
8 Oktyabr 17:39
8 Oktyabr 15:20
8 Oktyabr 13:39
Pentaqondan nəhəng müqavilə: 6,3 milyard dollarlıq "SM-3" raketləri istehsal olunacaq
XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
13 Noyabr 2025 11:50
6 202
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın hələ də ABŞ ilə Budapeşt sammitinə hazır olduğunu və tərəflər arasında əlaqələrin davam etdiyini deyib. O bildirib ki, əgər Alyaska görüşünün yaxşı nəticələrinə əsaslanarsa, Budapeştdə ikinci Rusiya-Amerika sammitini keçirməyə hazırdılar, lakin hələlik tarix təyin edilməyib. Lavrov Rusiya-Amerika əlaqələrinin davam etdiyini qeyd edib.
“Budapeşt sammitinin baş tutma ehtimalı varmı?” sualı ətrafında beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı fikirlərini xalqcebhesi.az ilə bölüşüb.
C.Abbaslı deyib ki, Alyaska görüşünün azacıq da olsa, Putinin qələbəsi ilə yekunlaşdığını dünya da qəbul edir: “Kreml sahibi bunu anlamamış deyil və ikinci raunda hazırlaşır. Digər tərəfdən sammit baş tutarsa, Putin əli dolu çanta ilə Macarıstana yollanacaq. Çünki son günlərdə Ukrayna cəbhəsində şimal qonşumuzun üstünlüyü açıq şəkildə görünür. Xüsusilə, Ukrayna tərəfin Pokrovski şəhərini itirməsi an məsələsinə çevrilib və bu, Rusiya tərəfdə ciddi şəkildə ruh yüksəkliyi yaradıb. Kollektiv Qərb də bunu təəssüflə seyr etməkdədir”.
Ekspert hesab edir ki, Budapeşt sammiti indiki halda gözlənilmir: “Çünki belə bir görüşün məhz Orbanın ölkəsində keçirilməsini Kollektiv Qərb istəmir. Amma yaxın vaxtlarda iki dünya lideri arasında böyük ehtimalla telefon danışığı baş tutacaq. Az ehtimal da var ki, görüş keçirilsin. Görüş məkanı kimi də ən ideal və etibarlı yer ya İstanbul, ya da Ankaradır. Bu şəhərlərə Rusiya da, Amerika da isti yanaşır. Hətta Kiyev də”.
O, Lavrovun fikirlərində həqiqət payının kifayət qədər çox olmasına da toxunub: “XİN rəhbəri Rusiya-Amerika əlaqələrindən də danışıb. Bu əslində bir Ukrayna faciəsinin nümunəsidr. Yəni biz işğal da edirik, Zelenskinin arxasında duranlarla əlaqələr də saxlayırıq. Olan Ukraynaya oldu. Artıq Zelenski üçün “əcəl zəngi” çalınmaqdadır. Çətin bundan sonra Qərb dünyası onun üçün nəsə etsin. Savaş dayanmasa, yeni-yeni ərazilər itiriləcək. Artıq Rusiya Odessanı da vurmağa başlayıb. Bu da rus qoşunlarının növbəti hədəflərindən birinin bu vilayət olduğunun göstəricisidir. Zelenski dalana dirənib”.
Röya İsrafilova
8 Oktyabr 17:39
1 078
8 Oktyabr 15:20
1 120
8 Oktyabr 14:54
1 288