16:59
784
Polşa Baş naziri Donald Tusk, dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə çağıraraq, Avropanı qeyri-adi bir seçimlə qarşı-qarşıya qoyub.
Xalqcebhesi.az xəbər verir ki, "UNIAN" onun Brüsseldə Avropa Şurasının iclası başlamazdan əvvəl dediyi sözlərdən sitat gətirir.
“İndi bizim sadə bir seçimimiz var: bu gün pul, yoxsa sabah qan. Mən yalnız Ukraynadan danışmıram. Mən Avropadan danışıram. Və bu, bizim verəcəyimiz qərardır. Yalnız bizim qərarımızdır”, - Tusk bəyan edib.
Polşa baş naziri həmçinin Avropa liderlərini "işlərinə başlamağa" çağırıb.
Məryəm Quliyeva