“Azərbaycan–Ermənistan ticarəti bərpa olunur” Gündəm

“Azərbaycan–Ermənistan ticarəti bərpa olunur”

“İqtisadi qiymətləndirmələr göstərir ki, Azərbaycan və Ermənistan arasında 38 adda ticarət məhsulu üzrə idxal və ixracın bərpası mümkündür: “Bu məhsullar üzrə müqayisəli üstünlüklər mövcuddur və bu, ölkələrin sülh gündəliyinə uyğun hərəkət edə biləcəyini göstərir”.

Bunu deputat Vüqar Bayramov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun fikrincə, artıq bəzi proseslər müşahidə olunur. Azərbaycan benzini Ermənistan bazarına daxil olur, Ermənistan isə mavi qaz idxalını nəzərdən keçirir: “Əgər tərəflər Vaşinqtonda imzalanmış anlaşmaya sadiq qalarsa, növbəti mərhələdə iqtisadi əlaqələrin tam bərpası istisna edilmir. İlkin hesablamalara görə, 38 adda məhsul üzrə ticarət bərpa olunarsa, iki ölkə arasında təxminən 300 milyon dollarlıq dövriyyə formalaşa bilər. Bu proses mərhələli şəkildə həyata keçiriləcək və xüsusilə sülh müqaviləsi imzalandıqdan sonra idxal-ixrac qaydalarının müəyyənləşdirilməsinə ehtiyac yaranacaq.
Ümumilikdə, müqayisəli üstünlüklərin qiymətləndirilməsi göstərir ki, regionda ticarət və iqtisadi əməkdaşlıq bərpa oluna bilər”.

Günel Elxan