Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50
14 Oktyabr 23:50
14 Oktyabr 23:37
27 Yanvar 11:29
3 878
Rusiyanın Suriyada mövcudluğu böyük ölçüdə sona çatır. PKK-PYD nəzarətindəki Qamışlıdakı hava limanından Rusiya yeddi il idi ki, oturduğu hərbi qüvvələrini çıxarır. Məsələnin kökündə Qamışlı sərhəddindən İranın "Hizbullah" üçün silah təchizatını həyata keçirilməsinin qarşısını almaq məqsədi daşıdığı, buna görə də ABŞ-ın Suriyanın yeni hakimiyyətinə yaşıl işıq yandırması olduğu görünür.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, Rusiya orada guya kürd döyüşçülər ilə Suriya qüvvələri arasında vasitəçi kimi yerləşmişdi. Rusiya isə Tartus və Hmeymin hərbi bazarlarında hələlik öz mövcudiyyətini saxlayır. İrana hücum olacaqsa, Rusiya buna səsini çıxarmayacaq. Çünki əks halda Rusiyanı bu bazalardan da çıxaracaqlar:
"Görünən odur ki, ABŞ İranın hər tərəfdən yolunu bağlayır.
Regionun geosiyasi reallığı öz təbii axarına düşür. Türkiyə-Suriya sərhəddi kənar ünsürlərdən təmizlənir.
Hesab edirəm ki, bu, Türkiyənin düşünülmüş və hesablanmış planlarının tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda, beynəlxalq arenadakı uğurlu fəaliyyətinin nəticəsi kimi meydana çıxır".
Cavid
14 Oktyabr 23:50
665
14 Oktyabr 23:48
672
14 Oktyabr 23:37
651