Makron Putinlə telefon danışığı aparmaq niyyətindədir Gündəm

Makron Putinlə telefon danışığı aparmaq niyyətindədir

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinə zəng etməyi planlaşdırır, lakin məzmunlu danışığın hazırlanması bir neçə gün vaxt aparacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS"a Fransadakı mənbə məlumat verib.

“Məzmunlu danışığın hazırlanması bir günlə bitməyəcək, bu, dəqiq olaraq bir neçə gün çəkəcək. Fransa lideri nəticəyə fokuslanıb,” – deyə mənbə bildirib.

Məryəm Quliyeva