"İran rejimini sanksiyalardan əziyyət çəkən xalq maraqlandırmır" Gündəm

"İran rejimini sanksiyalardan əziyyət çəkən xalq maraqlandırmır"

İranın Türkiyənin vasitəçiliyindən imtina etməsi ABŞ-İran danışıqlarının mahiyyətini ortaya qoyur. İran rejimi başa düşür ki, Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqların mütləq hansısa nəticələri olmalıdır, xüsusən də, ABŞ-ı bu danışıqlara inandıra bilibsə.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, İran isə danışıq istəmir: "Məsələ ondadır ki, Tramp İran üzərindən sanksiyaları götürmək və İran neftini onun nəzarətində bazara çıxarılmasına çalışır. İran isə bunun müqabilində nüvə silahı məsələsini öz xeyrinə həll etmək istəyir. Əslində İran rejimini sanksiyalardan əziyyət çəkən xalq maraqlandırmır. Ona rejimin gələcəyi üçün qarantiya lazımdır. Bu da nüvə silahının. Amma rejim yaxşı bilir ki, ABŞ buna razı olmaz. Ona görə də narazı xalqı ABŞ zərbələri qarşısında öz ətrafına qaytarmaq istəyir.

Danışıqlarda hər iki tərəf vaxt qazanmaqla məşğuldur. Nəticəsi isə əvvəlcədən bəllidir. ABŞ İranı vuracaq. Rejim daxilindən də birini başa gətirməyi planları qurur, eynilə Venesuelada olduğu kimi. İran rejimi də artıq bu şəkildə davam etməyəcəyini başa düşür. Hansısa dəyişikliyin mütləq olduğunu bilir. Hesab edirəm ki, danışıqların imitasiya olduğu aydındır və yaxın günlərdə İran vurulacaq. ABŞ nəticə almaq üçün planlarını dəqiqləşdirir".

Cavid