14:58
231![]()
Hindistan daşqınların fəsadlarının aradan qaldırılması və bərpa işləri üçün Nepala 240 milyard Nepal rupisi (1,62 milyard dollar) həcmində yardım paketi təqdim edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi Nepal hökumətinin başçısı Balendra Şahın Yeni Dehliyə səfəri çərçivəsində keçirilən danışıqların yekunlarına dair açıqlamasında bildirib.
Hindistanın Baş naziri həmçinin induistlər üçün müqəddəs sayılan Hindistanın Ayodhya və Nepalın Canakpur şəhərlərini birləşdirəcək dəmir yolu ekspressinin işə salındığını elan edib. Hər iki ölkənin baş nazirləri qatarın fəaliyyətə başlamasına həsr olunmuş virtual mərasimdə iştirak ediblər.
Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Təbii fəlakətə Çinlə sərhəddə yerləşən "Rasuvagadhi" buraxılış məntəqəsindən təxminən 20 km şimal-şərqdə qar uçqununun baş verməsi səbəb olub. Dağ süxurlarından ibarət axın böyük sürətlə çay yatağı boyunca 70 km-dən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş ərazini su altında qoyub.
Hadisə nəticəsində 1 455 nəfər həlak olub, daha 5 285 nəfər itkin düşüb. İtkin düşənlər arasında 589 xarici turist var. Daşqın zonasından 13 795 nəfər xilas edilib.
Məryəm Quliyeva