SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
9 Fevral 12:01
1 820
Qeyd edilir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.
Sözügedən səfərlə bağlı xalqcebhesi.az-a danışan politoloq Əli Mustafa deyib ki, Tramp öncədən qeyd edirdi ki, Vensin regiona səfəri sülhə dəstək, eyni zamanda, dinc nüvə sahəsində əməkdaşlıq məqsədilə həyata keçirilir: “Yəqin ki, səfər zamanı Ermənistandakı Atom Elektrik Stansiyasının işlədilməsi ilə bağlı hansısa razılıqların olması, eləcə də yüksək texnologiyalarla bağlı Ermənistanda bəzi sahələrə investisiyanın qoyulması və böyük ehtimalla TRIPP-lə bağlı görüləcək işlər və ya ora sərf ediləcək sərmayələrlə bağlı məsələlər müzakirə olunacaq. Mümkündür ki, Ermənistanın təhlükəsizlik çətiri məsələsini də ciddi şəkildə müzakirə etsinlər. Onsuz da artıq Ermənistan sürətlə ABŞ-nin qoruması altına girir”.
Ə.Mustafanın sözlərinə görə, Azərbaycana səfər zamanı isə strateji tərəfdaşlıq sənədinin imzalanması baş verə bilər: “Eyni zamanda, hərbi sahədə əməkdaşlıq məsələsi də qeyd olunur. Bir də çox vacib məsələ odur ki, regionda kifayət qədər ciddi problem var, İran-ABŞ qarşıdurması var. Mümkündür ki, region dövlətlərinin, konkret Azərbaycanın və Ermənistanın İran məsələsinə münasibəti də müzakirə olunsun. Yəqin ki, müzakirə oluncaq. ABŞ-nin buradakı addımları və region dövlətlərinin bu məsələyə baxış bucağı böyük ehtimalla danışılacaq”.
O həmçinin bildirib ki, səfər ABŞ-nin Güney Qafqazda mövqeyinin gücləndirilməsinə açıq bir işarədir: “Həmçinin region dövlətləri arasında, konkret Azərbaycan və Ermənistan arasında sülhün dərinləşməsinə dəstək səfəri kimi dəyərləndirilməlidir. Bütün hallarda Güney Qafqaza daha ciddi və böyük bir oyunçu gəlir deyə bilərik. Bu da bölgənin həm yeni qayğılarının, həm də yeni bir dönəmə başlamasının əsas göstəricisi kimi görülə və dəyərləndirilə bilər”.
Röya İsrafilova
3 Aprel 17:30
1 218
3 Aprel 17:02
1 589
3 Aprel 15:34
1 589