Efiopiya Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
Hər bir dövlət qurumunda süni intellektlə bağlı müavin təyin olunacaq
ABŞ diplomatlarına "təhlükəsizlik riskləri" səbəbindən İsraili tərk etməyi tapşırıb
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib
12:40
1 015
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın hərbi bazalarına zərbələr endirib. Bu bazalar Abbottabad, Jamrud, Nowshera və Faisalabad şəhərlərinin ərazisində yerləşir, zərbələrdə məqsədlərə nail olunduğu bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat verib.
“Bu gün təxminən saat 11:00-da Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Faysalabad yaxınlığında (İslamabad paytaxt ərazisi) hərbi düşərgəyə, Nowshera hərbi bölgəsinə, Jamrud hərbi bazasına və Abbottabad ərazisindəki hədəflərə hava zərbələri endirdi. Hava əməliyyatları uğurla həyata keçirildi, vacib hərbi obyektlər, mərkəzlər və Pakistan ordusuna məxsus qurğular məhv edildi”, – deyə nazirlik X sosial şəbəkəsində açıqlama verib.
Qeyd olunur ki, Əfqanıstan Hərbi Hava Qüvvələrinin əməliyyatı Pakistanın keçən gecə Kabül, Kandahar və Paktia əyalətlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
Məryəm Quliyeva