13:42
1 449
Amerikanın "Axios" xəbər saytının jurnalisti Barak Ravid ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyaları müvəqqəti yumşaltmasının detallarını açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlərin müvəqqəti ləğvi təxminən 140 milyon barel neftin operativ şəkildə dünya bazarına çıxarılmasına imkan verəcək ki, bu da böyük ehtimalla bazarda qiymətləri stabilləşdirəcək.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə öz "X" sosial şəbəkə səhifəsində yazıb.
"ABŞ İrana neftdən təxminən 14 milyard dollar gəlir əldə etməyə icazə verəcək", — deyib.
Jurnalist vurğulayıb ki, ABŞ faktiki olaraq 1996-cı ildən bəri ilk dəfə İran nefti ilə əməliyyatlara icazə verir. Onun fikrincə, bu, İslam Respublikasına qarşı davam edən müharibə fonunda Tehrana verilən ciddi maliyyə güzəştidir.
ABŞ-ın maliyyə naziri Skott Bennet daha əvvəl tankerlərə yüklənmiş İran neftinin və neft məhsullarının daşınması və satışı üçün lisenziya verib. Sənəddə deyilir ki, martın 20-dən gec olmayaraq istənilən gəmiyə yüklənmiş xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara icazə verilir. Bu tədbir aprelin 19-na qədər qüvvədə olacaq.
Məryəm Quliyeva