SEPAH: Hörmüz boğazında nəzarət zonası 10 dəfə genişləndirildi Gündəm

SEPAH: Hörmüz boğazında nəzarət zonası 10 dəfə genişləndirildi

İran Silahlı Qüvvələri Hörmüz boğazında Hərbi Dəniz Qüvvələrinin nəzarət zonasını genişləndirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə bəyanat verib.

"Keçmişdə Hörmüz boğazı Hörmüz və Henqam kimi adaların ətrafındakı məhdud zona kimi nəzərdən keçirilirdi, lakin bu gün bu yanaşma dəyişib. Yeni konsepsiyaya əsasən, Hörmüz boğazının sərhədləri əhəmiyyətli dərəcədə genişləndirilib", — deyə onun sözlərini Tasnim agentliyi sitat gətirib.
İranlı hərbi komandirin izah etdiyi kimi, əgər əvvəllər söhbət 20-30 mil (təxminən 32-48 km) enində olan zolaqdan gedirdisə, indi bu məsafə 200-300 mili (təxminən 321-482 km) ötüb: Jask və Sirik şəhərlərindən Keşm və Böyük Tomb adalarının arxasındakı ərazilərə qədər uzanır.

Məryəm Quliyeva