15:54
259
ABŞ Prezidenti Donald Tramp xüsusi təyyarə ilə nümayəndə heyətinin müşayiəti altında Pekinin "Şoudu" beynəlxalq hava limanına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Dövlət səfəri çərçivəsində ABŞ lideri ÇXR sədri Si Cinpin ilə danışıqlar aparacaq. Ehtimal olunur ki, məsləhətləşmələr zamanı dövlət başçıları əsas diqqəti ikitərəfli ticarət-iqtisadi ziddiyyətlərin nizamlanmasına yönəldəcəklər. Bundan əlavə, qlobal gündəliyin əsas problemlərinin müzakirə ediləcəyi gözlənilir.
Məryəm Quliyeva