Pezeşkyan: İran ABŞ-a qarşı tələblərindən geri çəkilməyəcək Gündəm

Pezeşkyan: İran ABŞ-a qarşı tələblərindən geri çəkilməyəcək

İranın münaqişənin həlli üçün ABŞ-a qarşı tələblərindən geri çəkilmək niyyəti yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkyan bildirib.

İranın Al Alam televiziya kanalı onun sözlərini sitat gətirib: "Biz heç bir qüvvəyə boyun əyməyəcəyik və rahatlıq naminə ölkəmizin ləyaqətindən imtina etməyəcəyik. Biz şərəflə danışıqlar aparırıq və geri çəkilmək niyyətində deyilik".

Məryəm Quliyeva