15:24
560
WUF13 qlobal mənzil böhranının həlli üçün mühüm platformadır.
Bunu Keniya Prezidenti Uilyam Samoei Ruto WUF13-ün açılış mərasimində çıxışında deyib.
Kenya lideri bildirib ki, qlobal mənzil problemi bu gün dünyanın demək olar ki, bütün ölkələri üçün ən ciddi çağırışlardan biridir: “Statistikaya görə, dünyada 3 milyard insan qeyri-kafi yaşayış şəraitindən əziyyət çəkir. 1 milyard insan gecəqondularda yaşayır, 300 milyon insan isə evsizdir. Bunlar sadəcə, rəqəmlər deyil, insanlardır, ailələrdir, uşaqlardır”.
O qeyd edib ki, məhz bu səbəbdən WUF13 kimi beynəlxalq platformalar şəhərsalma, sosial ədalət və mənzil hüququ məsələlərinin müzakirəsi baxımından mühüm rol oynayır çünki mənzilə sahib olmaq insanın əsas hüquqlarından biridir.
“İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi mənzilin insan hüququ olduğunu təsdiqləyir”, - Keniya lideri vurğulayıb.