13:24
651
“Bu mühüm toplantı müsbət nümunələri mənimsəməyə kömək edəcək”.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində bildirib.
“Şübhəsiz ki, bu mühüm toplantı, BMT-dən olan dostlarımızın təcrübəsi və bizi ziyarət edən çoxsaylı qonaqlar hamımıza daha çox öyrənməyə, bir-birimizin təcrübəsindən faydalanmağa, müsbət nümunələri mənimsəməyə, eyni zamanda buraxdığımız səhvlər barədə danışmağa kömək edəcək. Bütün qonaqlara Bakıda xoş istirahət arzulayır, Dünya Şəhər Forumuna uğurlar diləyirəm”, - deyə dövlət başçısı qeyd edib.
13:22
651
13:20
658
13:18
672