Tramp: İran saziş bağlamaq istəyir, lakin təklifləri əhəmiyyətsizdir Dünya

Tramp: İran saziş bağlamaq istəyir, lakin təklifləri əhəmiyyətsizdir

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, İran Vaşinqtonla saziş bağlamaq istəyir, lakin Tehranın təklifləri onu qane etmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı lider "Fortune" jurnalına verdiyi müsahibədə bildirib.

"Bir şeyi deyə bilərəm — onlar saziş bağlamağı can-fəşanlıqla istəyirlər. Lakin bir saziş təklif edir, sonra isə sazişlə heç bir əlaqəsi olmayan sənəd göndərirlər. Mən onlara deyirəm: "Siz dəli olmusunuz?"" — deyə o, bildirib.

Ötən gün ABŞ lideri İrana müraciət edərək Vaşinqtonla mümkün sazişin bağlanması məsələsində daha sürətli hərəkət etməyə çağırıb və vaxtın həlledici əhəmiyyət kəsb etdiyini qeyd edib.

Məryəm Quliyeva