Hikmət Hacıyev: Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib - VİDEO Siyasət

Hikmət Hacıyev: Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib - VİDEO

Qlobal gərginliyin və münaqişələrin artdığı bir dövrdə Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən Ümumdünya Şəhərsalma Forumu (WUF13) rəsmi olaraq işə başlayıb.