Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib
Pakistan Səudiyyə Ərəbistanına 8 min əsgər və qırıcı təyyarə göndərib
Aleksandar Vuçiç: Prezident İlham Əliyevə böyük hörmət və heyranlıq duyuram
Keniya Prezidenti: WUF13 qlobal mənzil böhranının həlli üçün mühüm platformadır
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
14:40
553
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun ailəsinə ona verilmiş “Milli Qəhrəman” medalı təqdim olunub.
Müdafiə Nazirliyində keçirilən təqdimat mərasimində nazirliyin nümayəndələri və hərbi rəsmilər iştirak ediblər.
Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.
Tədbirdə qəhrəmanın qardaşı və anası da iştirak edib. Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Qeyd edək ki, Pəncəli Teymurov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
