Səfirimiz Acara Muxtar Respublikasının yeni təyin hökumət sədri ilə görüş keçirib Siyasət

Səfirimiz Acara Muxtar Respublikasının yeni təyin hökumət sədri ilə görüş keçirib

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Acara Muxtar Respublikasının yeni təyin olunmuş hökumət sədri Zurab Pataradze ilə görüş keçirib.

Xalqcebhesi.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında iqtisadi, turizm, sosial-humanitar və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Səfir Faiq Quliyev Zurab Pataradzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Batumidə Azərbaycanın baş konsulu Fuad Azizov və Batumi şəhərinin meri Giorgi Tsintsadze də iştirak ediblər.

Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Cavid