İsrail İrana qarşı yeni əməliyyat keçirməkdə qərarlıdır Gündəm

İsrail İrana qarşı yeni əməliyyat keçirməkdə qərarlıdır

İsrail rəhbərliyi İrana qarşı hərbi əməliyyatların tezliklə bərpa olunmasında qərarlıdır, lakin ABŞ Prezidenti Donald Trampın mövqeyindən məyusdur. Yəhudi dövlətində hesab edirlər ki, Tehran bu mövqedən istifadə edərək diplomatik fasiləni qəsdən uzadır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə telekanala Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahunun bu yaxınlarda baş tutan və gərgin keçdiyi bildirilən danışığını şərh edib. Görüşün yekunlarına görə, İsrail tərəfi ABŞ liderinin vəziyyətin uzanmasına səbəb olan mövqeyindən narahat qalıb, halbuki "İsrail hökumətinin ali eşelonlarında İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün güclü bir istək var". Mənbə əlavə edib ki, Netanyahu Trampla olan bu danışıqdan olduqca məyus olub, çünki o, mövcud fasilənin yalnız İranın xeyrinə işlədiyini düşünür.

Məryəm Quliyeva