İran ABŞ-nin cavabını nəzərdən keçirir Gündəm

İran ABŞ-nin cavabını nəzərdən keçirir

Tehran İranın hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifinə Amerika tərəfinin verdiyi şərhləri nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai məlumat verib.

"İran tərəfindən təqdim edilmiş həmin 14 bəndlik mətn əsasında bir neçə dəfə mesaj mübadiləsi aparılıb. Biz Amerika tərəfinin mövqeyinin icmalını almışıq və hazırda onu araşdırırıq", — deyə "Nour News" agentliyi Bəqainin sözlərini sitat gətirib.

Məryəm Quliyeva