09:29
553
Hesab edirəm ABŞ-ın Kubaya qarşı hərbi hədələri enerji blokadası, geosiyasi hegemonluq və “rejim dəyişikliyi” strategiyası ilə bağlıdır. Bu siyasətin arxasında həm Venesuela üzərində nəzarətin genişləndirilməsi, həm də Karib regionunda ABŞ-ın tam dominantlığını təmin etmək niyyəti dayanır.
Bunu xalqcebhesi.az-a politoloq Aydın Tağıyev deyib.
"ABŞ-Kuba gərginliyinə siysi kontekstən baxdıqda burada
enerji blokadası məaləsi də diqqət çəkir. ABŞ Venesuela prezidenti Maduronu ələ keçirib, ölkənin neft istehsalına nəzarəti götürdükdən sonra Kubaya neft axınını dayandırıb. Bu, adanın enerji sistemini çöküş həddinə gətirib.
Görünən tərəf də odur ki, hadisələrin bu fonunda Tramp administrasiyası “maximum pressure” kampaniyası ilə Kubada siyasi sistemi dəyişmək niyyətini açıq şəkildə ifadə edib" - politoloq deyib.
.
O, qeyd edib ki, gedişata uygun burda ABŞ tərəfnin hərbi bəhanələrini də görmək olur. ABŞ kəşfiyyatı Kubanın 300-dən çox hərbi dron əldə etdiyini və Guantanamo bazasına, ABŞ gəmilərinə, hətta Florida sahillərinə hücum planladığını iddia edir. Kuba isə bunu “saxta bəhanə” adlandırır.
Burda ABŞ-ın Kubaya qarşı hücum ritorikası üç əsas motivdən qaynaqlanır:
"1. Karib regionunu tam nəzarətə götürmək.
2. Venesuela neftinə nəzarəti Kubaya qarşı təzyiq alətinə çevirmək.
3. Sosialist rejimləri zəiflətmək və ABŞ-ın “azadlıq” ritorikasını gücləndirmək.
Hesab edirəm bu siyasət həm regional sabitliyi riskə atır, həm də ABŞ-ın beynəlxalq hüquqa zidd addımlar atdığına dair ittihamları gücləndirir. Kuba isə özünü müdafiə hüququnu önə çəkərək, hərbi müqavimət göstərəcəyini açıq şəkildə bəyan edir.
Yekunda onu deyə bilərəm ki,
ABŞ-ın Kubaya qarşı hücum siyasəti sadəcə bir ölkəyə qarşı deyil, Karib regionunun bütöv geosiyasi balansına yönəlmiş strategiyadır.
Fikrimcə bu, enerji böhranı fonunda xalqın sosial narazılığını artırır, beynəlxalq aləmdə isə ABŞ-ın güc siyasətinə qarşı etirazları gücləndirir".
Cavid