Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi 1,31% - 50,009.35 bəndədək, S&P 500 indeksi 1,08% – 7,432.97 bəndədək, Nasdaq indeksi isə 1,54% – 26,270.36 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0.99% – 10,432.34 bəndədək, Almaniyanın DAX indeksi 1.38% – 24,737.24 bəndədək, Fransanın CAC-40 indeksi 1,7% - 8,117.42 bəndədək yüksəlib.

Dünya bazarlarında avronun ABŞ dollarına qarşı məzənnəsi 0.04% azalaraq 1.1619 dollar təşkil edib.