22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
21 May 12:20
1 897
İşğaldan azad olunmuş Ağdam şəhərində “Böyük Qayıdış” proqramı çərçivəsində həyat yenidən canlanır.
Uzun illər məcburi köçkün həyatı yaşamış sakinlər doğma yurda qayıdaraq keçmişin ağrılarını unutmağa çalışır, eyni zamanda dirçəliş və quruculuq prosesinin bir parçasına çevrilirlər.
Ağdam sakini Pərvin Abışova APA-nın Qarabağ bürosuna bildirib ki, o, Ağdam rayonunda anadan olsa da, işğal səbəbindən doğma yurddan ayrı düşüb: "Ağdam işğal olunanadək şəhər daim atəş altında olub və sakinlər ağır şəraitdə müqavimət göstəriblər. Babalarım və əmim də özünümüdafiə batalyonunda iştirak edərək şəhid oldular. İşğaldan sonra ailələmiz Ağdamı tərk etmək məcburiyyətində oldu. Atam, anam, qardaşım, nənəm, atamın bacısı, şəhid əmimin ailəsi və digər doğmalarımızla birlikdə Ağcabədiyə köç etdik. Uzun illər Ağdam həsrəti ilə yaşadıq".
P. Abışova Ağdama övladları ilə birgə qayıtdığını deyib: “Uşaqlıqdan Qarabağla bağlı xatirələrlə böyümüşəm. Anam bizə həmişə Ağdamdan danışardı. Bir vaxtlar valideynlərimlə tərk etdiyim yurda bu dəfə onlarsız qayıtmaq mənim üçün fərqli hisslər yaradır.
Prezidentin tapşırığına uyğun olaraq həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu istiqamətdə Ağdam şəhəri də yenidən qurulur, müasir infrastruktur yaradılır və illər sonra bu torpaqlara həyat qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin”.
22 Avqust 15:54
805
22 Avqust 15:23
805
22 Avqust 11:07
896