12:24
525
İran hərbi-sənaye bazasını ABŞ-ın gözlədiyindən daha sürətlə bərpa edir və artıq pilotsuz uçuş aparatlarının (PUA) istehsalını yenidən başladıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı ABŞ kəşfiyyatının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, Tehran istehsal güclərinin bir hissəsini aprelin əvvəlində qüvvəyə minən atəşkəs dövründə bərpa etməyə başlayıb. ABŞ kəşfiyyatı hesab edir ki, İran, ABŞ və İsrailin zərbələri nəticəsində zərər görmüş raket komplekslərini, buraxılış qurğularını və əsas silahların istehsal həcmini proqnozlaşdırılandan xeyli sürətlə bərpa edir. "CNN"-in qeyd etdiyi kimi, kəşfiyyat İranın zərbə PUA-larının istehsalı üzrə potensialını altı ay ərzində tamamilə bərpa edə biləcəyini istisna etmir.
Məryəm Quliyeva