Maliyyə Nazirliyi: Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb
Nazir müavini: Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Mayın 24-də 56 mindən çox abituriyent II və III qrup üzrə imtahan verəcək
09:46
567
“Angela Merkel kifayət qədər təcrübəli və Avropada daha hörmət görülən nadir qadın siyasətçilərdən biridir. Yəni onun prestiji, nüfuzu, əlaqələri, o cümlədən Rusiya ilə təmasları da bu danışıqlarda onu uğurlu bir vasitəçi şəxs edir. O, Rusiyanı da, Ukraynanı da yaxşı tanıyır, Avropanın siyasətini də yaxşı bilir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
T.Rzayev diqqətə çatdırıb ki, belə olan təqdirdədanışıqlardakı funksiyası gələcəyə nikbin baxmağa əsas verir: “Amma Rusiya-Ukrayna danışıqlarında nəzərə almaq lazımdır ki, proses fərd əsaslı bir məsələ deyil, dövlətlərarası bir münasibətdir. Dövlətlərarası münasibətlərdə isə xüsusən də müasir dövr münaqişlərində mütləq şəkildə qarşılıqlı razılıq və güzəştlər olmalıdır”.
Politoloq əlavə edib ki, əks təqdirdə, qalib ədası ilə danışmaq və ya diktə formatlı bəyanatlar prosesləri bir arpa boyunca da irəli aparmayacaq, əksinə, daha da dalana dirədir. Yəni burada ilk növbədə Merkelin fəaliyyətini müsbət qiymətləndirsək də Rusiya və Ukrayna tərəfinin ambisiyaları prosesə mane olur. Bu məsələdə ortaq məxrəcə gəlinə bilinsə, əlbəttə ki, Merkelin də fəaliyyəti və proseslərdə iştirakı müsbət nəticələnə bilər”.
Röya İsrafilova