Səudiyyə Ərəbistanı təmsilçisi: Körfəz ölkələrindən Azərbaycana turist axını var
Direktor: Yəmən humanitar təhlükəsizlik baxımından ən mürəkkəb ərazilərdən biridir
Maliyyə Nazirliyi: Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb
Nazir müavini: Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"
10:09
560
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 20-də Qusar rayonu Balaqusar və Avaran kənd məscidlərini ziyarət edib. İbadət yerlərində yaradılmış şərait nəzərdən keçirilib, dini icmaların fəaliyyəti, ehtiyacları və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ramin Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin qarşılıqlı hörmət, etimad və milli həmrəylik prinsipləri əsasında uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, respublikanın bütün bölgələrində olduğu kimi, şimal regionunda da multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir, müxtəlif konfessiyalar arasında anlaşma və birgəyaşayış mühiti mövcuddur.
Komitə sədri cəmiyyətin birliyinin möhkəmləndirilməsi, sağlam dini mühitin formalaşdırılmasında düzgün və sistemli dini maarifləndirmənin həlledici rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, xüsusilə gənclərin yad ideoloji təsirlərdən, radikalizm, ekstremizm və xurafat kimi zərərli meyillərdən qorunması üçün maarifçilik fəaliyyətinin davamlı şəkildə gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunaraq onların cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadıqları vurğulanıb.
Görüş zamanı din xadimləri ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, ibadətgahların fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar dini icmalara dövlət tərəfindən verilən dəstəyin həmrəyliyin və ictimai sabitliyin gücləndirilməsinə mühüm töhfə verdiyini bildiriblər.
Cavid
