Direktor: Yəmən humanitar təhlükəsizlik baxımından ən mürəkkəb ərazilərdən biridir Hadisə

Direktor: Yəmən humanitar təhlükəsizlik baxımından ən mürəkkəb ərazilərdən biridir

Yəmən humanitar təhlükəsizlik baxımından ən mürəkkəb ərazilərdən biridir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Münaqişə Zonalarında İnkişaf Proqramlarının Hazırlanması” tədbirində Yəmən və Səudiyyə Ərəbistanı üçün İnkişaf və Yenidənqurma Proqramının direktoru Hala Əl-Saleh deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı modelinin Yəməndə sabitlik üçün niyə uğurlu alət olduğunu izah edib: “Kövrək mühitdə xidmətlərin bərpası, icmaların dəstəklənməsi, tədrici sabitliyə töhfə vermək və davam edən çətinliklərlə mübarizə aparmaq nəzərdə tutulurdu. Yəməndəki böhran və münaqişə dövründə Səudiyyə Ərəbistan tərəfindən 2018-ci ildə strateji təşəbbüs başladılıb. Bu təşəbbüs fərqli bir şəraitdə fəaliyyət göstərir, çünki qeyri-sabit mühitdə işləyir, Yəmən hökuməti ilə əməkdaşlıq edir, sabitliklə birlikdə inkişafı irəli aparır, sektorlararası inteqrasiyanı təmin edir və effektiv yerli və beynəlxalq tərəfdaşlıqlar yaradır. Bu proqram Cənub İnkişaf və Yenidənqurma Proqramı kimi fəaliyyət göstərir. Bu günə qədər biz səkkiz əsas sektorda 300-dən çox layihə həyata keçirmişik. Buraya təhsil, nəqliyyat, enerji, kənd təsərrüfatı səmərəliliyi və digər sahələr daxildir. Bundan əlavə, 40-dan çox beynəlxalq, yerli və BMT tərəfdaşlığı qurmuşuq. Müdaxilə fəaliyyətlərimiz Yəmənin 16 quberniyasını əhatə edir. Bizi digər qurum və təşkilatlardan fərqləndirən əsas məqamlardan biri odur ki, təcrid olunmuş şəkildə fəaliyyət göstərmirik. Biz Yəmən hökumətini, beynəlxalq təşkilatları, ABŞ və vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən inteqrasiya şəbəkəsinin bir hissəsiyik. Məqsəd yalnız fəaliyyətləri koordinasiya etmək deyil, bu, bizim modelimizin əsas elementlərindən biridir. Çünki tərəfdaşlar vahid inkişaf yanaşması ilə işlədikdə təsirin miqyası genişlənir, səmərəlilik artır, təkrarlanan fəaliyyətlər azalır və institutlarla cəmiyyət arasında etimad güclənir”.