Avropa İttifaqı İranın hərbi attaşelərinə sanksiya hazırlayır​​​​​​​ Gündəm

Avropa İttifaqı İranın hərbi attaşelərinə sanksiya hazırlayır​​​​​​​

Avropa İttifaqı rəhbərliyi İranın birlik ölkələrindəki bir sıra hərbi attaşelərinə qarşı sanksiyalar tətbiq etməyi və onların ölkədən çıxarılmasını tələb etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euractiv" portalı daxili sənədə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, mümkün məhdudiyyətlər İslam Respublikasının bir neçə hərbi nümayəndəsinin guya İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölməsi) ilə əlaqəli olması ilə bağlıdır.

Məryəm Quliyeva