Maliyyə Nazirliyi: Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb
Nazir müavini: Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Mayın 24-də 56 mindən çox abituriyent II və III qrup üzrə imtahan verəcək
09:51
644
Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,90% artaraq 77 787 ABŞ dollarına yüksəlib. “Ethereum”un qiyməti 0,66% bahalaşaraq 2 138 dollara, BNB-nin qiyməti isə 1,59% artaraq 652,60 dollara çatıb.
Digər iri kriptovalyutalarda da əsasən müsbət dinamika qeydə alınıb. Belə ki, “XRP”in qiyməti 0,54% artaraq 1,37 dollara, “Solana”nın qiyməti 2,08% yüksələrək 86,54 dollara, “Dogecoin”in qiyməti 2,07% bahalaşaraq 0,1056 dollara, “Hyperliquid”in qiyməti isə 16,16% artaraq 55,96 dollara çatıb. “Tether” və “USDC” isə faktiki olaraq sabit qalıb.