16:01
707
İranın xarici işlər naziri Abbas Əraqçi və İranın birpalatalı parlamentinin (Məclis) sədri Məhəmməd Bağır Qalibaf Tehranda səfərdə olan Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir ilə görüşüblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran rəsmiləri öz rəsmi "Telegram" kanallarında məlumat veriblər.
Keçirilən görüşlərin təfərrüatları barədə məlumat verilmir.
Munir İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində cümə günü axşam saatlarında Tehrana gəlib. "ISNA" agentliyinin qeyd etdiyi kimi, İslamabadın səyləri mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib, lakin komandanın səfəri "ilkin şərtlər daxilində qarşılıqlı anlaşmanın əldə olunması demək deyil".
Məryəm Quliyeva