11:37
1 638
Pentaqon və kəşfiyyat strukturları da daxil olmaqla, ABŞ administrasiyası yaxın üç gün ərzində İrana qarşı zərbələrin mümkün bərpasına hazırlaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS" telekanali mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bəzi amerikalı hərbçilər və kəşfiyyat nümayəndələri potensial zərbələr gözlənildiyi üçün Anım Günü (25 may) münasibətilə planlaşdırılan üçgünlük istirahət planlarını ləğv ediblər.
"Pentaqon və kəşfiyyat birliyinin rəsmiləri, həmçinin İran tərəfindən mümkün cavab addımları qorxusu fonunda regionda Amerikanın varlığını azaltmaq məqsədilə, Yaxın Şərqdə yerləşən bəzi bölmələrin əməliyyat zonasından çıxarılması ilə əlaqədar ABŞ-nin xaricdəki obyektlərindəki şəxsi heyətin siyahılarının yenilənməsinə başlayıblar", — deyə "CBS" qeyd edir.
Cümə axşamına olan məlumata görə, yeni zərbələrlə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Məryəm Quliyeva