Finlandiya Prezidenti və Norveç Baş naziri Putinlə telefon danışığı aparıblar
Çin Trampın Braziliya seçkiləri ilə bağlı tənqidlərinə cavab verib
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb
Qırğızıstan rəsmisi: Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir
Özbəkistanın mədəniyyət naziri: Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır
2 İyun 11:22
2 464
BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş hesab edir ki, Yaxın Şərq ölkələri regional təhlükəsizlik hesabına təmin edilə bilməyəcək ambisiyalarına görə İranın əvəzinə bədəl ödəməməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qarqaş "X" sosial şəbəkəsində yazıb.
"Fars körfəzi ölkələrindən tutmuş Yəmən, Livan və İraqa qədər — hamımız İranın şişirdilmiş regional ambisiyalarının bədəlini ödəyirik. Regiondakı hər hansı bir ölkənin rolu ümumi təhlükəsizlik, sabitlik və rifah hesabına təmin edilə bilməz", — deyə o, bildirib.
Əmirlik liderinin müşavirinin sözlərinə görə, hazırkı şəraitdə Yaxın Şərqdə beynəlxalq münasibətlər sisteminə yenidən baxılmasına ehtiyac var. "Suverenliyə hörmət, mehriban qonşuluq və digər dövlətlərin daxili işlərinə qarışmamaq kimi dəqiq prinsiplər əsasında bu yenidən baxılma zəruri və qaçılmazdır", — deyə Qarqaş vurğulayıb.
Məryəm Quliyeva