Rövşən Rüstəmov: BTQ-nin modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınması məsələsinə aydınlıq gətirilib
Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
“Bu, Aİ daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər”
12:45
574
“Meteohəssaslıq ayrıca xəstəlik hesab edilmir, hava şəraitində baş verən dəyişikliklərə orqanizmin verdiyi reaksiyalar toplusudur”.
Bu barədə “xalqcebhesi.az”-a açıqlamasında həkim-terapevt Şahvələd Məmmədov məlumat verib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri, fəsillərin dəyişməsi, güclü külək, yağış, qasırğa və ya kəskin isti hava şəraiti bəzi insanlarda sağlamlıq problemlərinin artmasına səbəb ola bilir:
“Meteohəssaslıq sindromu deyilən ayrıca bir xəstəlik yoxdur. Bu, sadəcə olaraq müəyyən simptomlar kompleksidir. Hava şəraitindəki kəskin dəyişikliklər bəzi insanlarda müxtəlif narahatlıqlar yarada bilər.
Meteohəssaslıq daha çox miqren xəstələrində, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə, oynaq problemləri olan şəxslərdə müşahidə olunur.
Havanın qeyri-sabit olduğu dövrlərdə bu xəstələrdə mövcud xəstəliklərin kəskinləşməsi halları baş verə bilər. Temperaturun, küləyin və digər meteoroloji amillərin dəyişməsi insanın həm fizioloji, həm də psixoloji vəziyyətinə təsir göstərir”.
Həkim bildirib ki, meteohəssas insanlar hava şəraitində gözlənilən dəyişikliklər zamanı daha diqqətli olmalıdırlar:
“Xroniki xəstəlikləri olan şəxslərə istifadə etdikləri dərman preparatlarını, o cümlədən ürək, təzyiq, miqren və oynaq ağrılarına qarşı qəbul etdikləri dərmanları özləri ilə gəzdirmələri tövsiyə olunur. Hava şəraitində kəskin dəyişiklik gözlənildiyi zaman sağlamlıq vəziyyətinə nəzarət etmək və ehtiyatlı davranmaq vacibdir”.
Günel Elxan