Tramp: Mən Xamenei ilə görüşməyə hazıram Gündəm

Tramp: Mən Xamenei ilə görüşməyə hazıram

ABŞ Prezidenti Donald Tramp cümə axşamı bəyan edib ki, əgər bu, İranla saziş bağlamağa kömək edəcəksə, İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə görüşməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

"Mən elə də bu görüşə can atmıram, amma əgər baş tutarsa, onunla görüşmək mənim üçün şərəf olardı. Mən bir saziş bağlaya biləcəyimizi görmək istərdim və əgər biz bura gəlib çıxsaq, onunla görüşməyim tamamilə mümkündür. Mən bunun əleyhinə deyiləm", — deyə o, Ağ Evdə jurnalistlərə bildirib.

"Əslində, mən bu barədə çox şey eşitməmişəm. Bu görüşü mən təklif etməmişəm, lakin bəzi insanlar təklif edib. Əgər bu baş verərsə, deməli baş verib. Mən hörmətlə yanaşardım. Deyərdim ki, mən onun ən sevimli adamı deyiləm, lakin bunu nəzərə alsaq belə, o, yəqin ki, peşəkardır. Müəyyən dairələrdə onun, ümumiyyətlə, çox yaxşı reputasiyası var", — deyə Tramp əlavə edib.

Məryəm Quliyeva