İran ABŞ-dan dondurulmuş aktivlərinin yarısının dərhal qaytarılmasını tələb edir
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
İran XİN: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınacaq
İran XİN: ABŞ ilə sazişin yekun variantı üzərində işlər davam edir
Şahdəniz sazişinin 30 ili tamam olur: yataqdan indiyədək 271 mlrd. kubmetr qaz hasil edilib
15:30
672
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini müzakirə etdiyi bir vaxtda, Aİ-nin xarici işlər nazirləri iyunun 15-də Lüksemburqda keçiriləcək görüşdə Rusiya və Çinə qarşı azaldılmış sanksiyalar blokunu qəbul etmək niyyətindədirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.
Nəşr özünün Avropadakı mənbələrinə istinadən qeyd edir: "Məhdud sanksiyalar paketi iyunun 15-də Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündə qəbul olunacaq".
Onların verdiyi məlumata görə, sanksiyalar Çinin dörd şirkətinə qarşı tətbiq ediləcək. Məhdud paketə, həmçinin gəmilərə və bir sıra fiziki şəxslərə qarşı məhdudiyyətlər (restriksiyalar) daxil olacaq.
"Politico"nun məlumatına görə, azaldılmış sanksiyalar paketinin təsdiqlənməsi onunla bağlıdır ki, Aİ yay sonunadək qəbul edilməsi nəzərdə tutulan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini hələlik tam razılaşdıra bilməyib.
Məryəm Quliyeva