16:26
609
Tehran Hörmüz boğazından keçidə görə deyil, yalnız boğazdakı gəmilərə göstərəcəyi xidmətlərə görə ödəniş almaq niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qaribabadi bəyan edib.
"İslam Respublikası keçid haqqı, tranzit rüsumu və ya tranzit üçün vergi tutmağa çalışmır. Əksinə, məqsədimiz Omanla birlikdə bu rayonda göstərdiyimiz xidmətlərin qarşılığını almaqdır. Bu xidmətlərə naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizlik və gəmiçiliyin təhlükəsizliyinin təmini sahəsində xidmətlər, həmçinin ekoloji xidmətlər — məsələn, ətraf mühitə ziyan dəydiyi təqdirdə çirklənmənin aradan qaldırılması daxildir", — deyə o, "Mehr" agentliyinə müsahibəsində bildirib. Qaribabadi vurğulayıb ki, "bu cür tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil".
İran XİN başçısının müavininin qeyd etdiyi kimi, BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ haqqında Konvensiyasının özündə də sahilyanı dövlətlərin müəyyən xidmətlərin göstərilməsinə görə ödəniş ala biləcəyi nəzərdə tutulub.
Məryəm Quliyeva