İran ABŞ-dan dondurulmuş aktivlərinin yarısının dərhal qaytarılmasını tələb edir
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
İran XİN: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınacaq
İran XİN: ABŞ ilə sazişin yekun variantı üzərində işlər davam edir
Şahdəniz sazişinin 30 ili tamam olur: yataqdan indiyədək 271 mlrd. kubmetr qaz hasil edilib
15:41
742
“Böyük Qayıdış proqramı Azərbaycanın müstəqillik tarixinin ən mühüm dövlət layihələrindən biridir və ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini özündə əks etdirir”.
Bu fikirləri millət vəkili Könül Nurullayeva xalqcebhesi.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri həmin torpaqların qısa müddətdə müasir yaşayış məkanlarına çevrilməsinə imkan yaradır:
“Yeni şəhərlərin, kəndlərin, məktəblərin, xəstəxanaların, yolların və digər infrastruktur obyektlərinin inşası azad olunmuş ərazilərin sosial-iqtisadi həyatının yenidən canlanmasına xidmət edir. Uzun illər işğal altında qalmış torpaqlarda dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın ərazi bütövlüyünün praktik olaraq təmin edilməsinin ən mühüm göstəricisidir. Vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması həmin ərazilərdə idarəetmə, təhlükəsizlik və inkişaf siyasətinin uğurla həyata keçirildiyini nümayiş etdirir”.
Millət vəkili vurğulayıb ki, bu günədək 40-dan çox yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib, azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları uğurla tətbiq olunur, sənaye parkları və yeni iqtisadi zonalar yaradılır.
K.Nurullayevanın sözlərinə görə, bu layihələr qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə və dayanıqlı həyat qurmasına geniş imkanlar yaradır:
“Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq salınmış və gələcəkdə yaradılacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq hüququndan məhrum olmuş insanların doğma yurdlarına sürətli qayıdışına mühüm dəstək verəcək.Böyük Qayıdış prosesi milli birliyin daha da möhkəmlənməsinə də xidmət edir.Qarabağ və Şərqi Zəngəzur bütün Azərbaycan xalqının ortaq tarixi və mənəvi irsidir. Tarixi torpaqlara qayıdış cəmiyyətdə həmrəylik hissini gücləndirir, insanları vahid məqsəd ətrafında birləşdirir. Azad edilmiş ərazilərin dirçəldilməsi ölkənin iqtisadi potensialının genişlənməsinə də mühüm töhfə verir. Kənd təsərrüfatı, turizm, yaşıl enerji və logistika sahələrində həyata keçirilən layihələr regionun iqtisadi cəhətdən cəlbedici məkana çevrilməsini təmin edir ki, bu da həm yerli əhalinin rifahının yüksəlməsinə, həm də Azərbaycanın ümumi iqtisadi inkişafına müsbət təsir göstərir.
Günel Elxan