SEPAH İsraili 28 fevrala qədərki mövqelərinə geri çəkilməyə çağırdı Gündəm

SEPAH İsraili 28 fevrala qədərki mövqelərinə geri çəkilməyə çağırdı

İsrailin Livandakı fəaliyyətinə dair irəli sürülən minimum tələb ondan ibarətdir ki, İsrail ordusu 27 fevral tarixinə olan mövqelərinə geri çəkilməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölməsi) xüsusi təyinatlı "Qüds" qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani bəyan edib.

"Fars" agentliyinin yaydığı məlumata görə, o, bəyanatında bildirib: "Müqavimət qüvvələrinin minimum tələbi İsrail rejiminin 40 günlük müharibə (İranın ABŞ və İsrail ilə fevralın 28-də başlayan müharibəsi nəzərdə tutulur) başlamazdan əvvəl tutduğu mövqelərə geri çəkilməsidir".

Məryəm Quliyeva