25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
5 İyun 14:59
2 940
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, "Hizbullah" hərəkatı şərtləri qəbul etməyənə qədər hökumət ABŞ-ın vasitəçiliyi ilə təklif olunan Livanla atəşkəs razılaşmasını səsverməyə çıxarmayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Netanyahu sənədin hazırkı variantının səsverməyə çıxarılmayacağını, çünki Livan qruplaşmasının hələlik təklif olunan şərtləri qəbul etmədiyini bildirib.
Qeyd olunur ki, bir sıra nazirlər Vaşinqtonda İsrail və Livan nümayəndə heyətlərinin görüşü zamanı müzakirə olunan atəşkəs təklifini tənqid ediblər. Onlar sənədin tam yekunlaşdırılmasından əvvəl təsdiq üçün hökumətə təqdim olunmasını tələb ediblər.
Lakin Baş nazir hazırda ortada faktiki bir razılaşmanın olmadığını əsas gətirərək bu tələbi rədd edib.
Məryəm Quliyeva
26 İyul 10:53
1 001
26 İyul 10:09
980
25 İyul 17:20
1 323