Bütün Qafqazın Şeyxi Özbəkistan Prezidenti tərəfindən ali mükafata layiq görülüb
Diplomatların peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilib - FOTO
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
10 İyun 17:43
2 520
ABŞ Prezidenti Donald Trampın İslam Respublikasına qarşı hücumları gücləndirmək hədələrinə baxmayaraq, ABŞ və İran arasında sülh tənzimlənməsi üzrə danışıqlar çərşənbə günü də davam edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı Amerika administrasiyasındakı adı açıqlanmayan yüksəkrütbəli rəsmiyə istinadən məlumat yayıb.
Telekanal rəsminin "Danışıqlar hələ də davam edir" sözlərini sitat gətirib və o əlavə edib ki, Vaşinqton Tehranla saziş bağlamaq üçün "maksimum təzyiq göstərməyə davam edəcək".
Daha əvvəl Ağ Ev rəhbəri "Fox News"a müsahibəsində İrana qarşı yeni zərbələr endirmək əmri verməyə hazır olduğunu, ABŞ-ın hücum hədəflərinin isə İranın elektrik stansiyaları və körpüləri ola biləcəyini bəyan etmişdi.
Məryəm Quliyeva