11:11
665
İsrail, Vaşinqtonun xahiş edəcəyi təqdirdə, ABŞ-nin İrana qarşı gələcək hücumlarına qoşulmağa hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti İsraildəki mənbələrinə istinadən məlumat yayıb.
"Biz ABŞ-ni dəstəklədiyimizi sübut etdik. ABŞ-nin İsrailin onlara qoşulmasında maraqlı olduğundan əmin deyiləm. Lakin ehtiyac yaranarsa, biz bunu yenidən etməyə hazırıq", — deyə həmsöhbətlərdən biri bildirib. Bununla belə, mənbə qeyd edib ki, İsrail "insanların sığınacaqlarda gizlənməli olduğu dövrə geri dönmək istəmir".
Məryəm Quliyeva