11:15
798
BMT Təhlükəsizlik Şurası təxirəsalınmadan Ukraynada atəşkəslə bağlı qətnaməni nəzərdən keçirməli və qəbul etməlidir. Belə bir addım Rusiyanın hərəkətləri ucbatından beynəlxalq təsisatın uzun müddətdir davam edən iflic vəziyyətindən çıxmasına kömək edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Pavliçenko Təhlükəsizlik Şurasının iclası zamanı bəyan edib ki, Ukrayna tərəfi qətiyyətli addımların atılmasını tələb edir. Pavliçenko Təhlükəsizlik Şurasının üzvlərinə dərhal hərəkətə keçmək çağırışı ilə müraciət edib.
Onun sözlərinə görə, bu sənəd BMT-yə üzv ölkələrin real niyyətlərini göstərən bir lakmus kağızı olmalıdır. Daimi nümayəndənin müavini qeyd edib ki, bu addım "Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün bərpasına olan dəstəyi aydın şəkildə nümayiş etdirəcək".
Ukrayna rəsmisi silah məsələsinə də ayrıca toxunub: "Ukraynanın sağ qalması üçün daimi dəstəyə ehtiyacı var. Tərəfdaşlar texnika və sursat tədarükünü davam etdirməlidirlər".
Məryəm Quliyeva