"Trampın Putinə ümumi isti münasibətinin dəyişəcəyi inandırıcı deyil" Gündəm

"Trampın Putinə ümumi isti münasibətinin dəyişəcəyi inandırıcı deyil"

Rusiya–Ukrayna müharibəsi Rusiya–ABŞ, Donald Tramp–Putin münasibətlərinin dərinləşməsi ilə qlobal siyasi nizama, xüsusən də postsovet məkanına ciddi siyasi təsir göstərən prosesə çevrilir.

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Donald Trampın noyabrda ABŞ Konqresinə keçiriləcək seçkilər ərəfəsində daxili və beynəlxalq yanacaq qiymətlərinə təsir etmək məqsədilə Rusiya ilə dizel yanacağına dair razılaşması, Ukraynadan faktiki kapitulyasiyanı nəzərdə tutan şərtlərin qəbulunu tələb etməsi, Prezident Zelenskini dəyişdirmək tələbi, informasiya və sosial media vasitəsilə Zelenskiyə qarşı faktiki təhdid mahiyyətli açıqlamaları, Rusiyaya qarşı ağır sanksiyaların qüvvəyə minməsindən imtina etməsi, ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsində gecikmələr və Starlink şirkətinin də bu prosesə qoşulması artıq Rusiya–Ukrayna müharibəsinin Trampın özünün Zelenskiyə və Ukraynaya qarşı müharibəsi müstəvisinə keçdiyi qənaətini ortaya çıxarır:

"Ancaq Tramp siyasətinin Ukraynaya qarşı Konqres seçkilərindən sonra dəyişəcəyi ehtimalı olsa da, onun Rusiyaya və Putinə ümumi isti münasibətinin dəyişəcəyi inandırıcı deyil.

Əslində, Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampın tələblərini qəti rədd etməsi Trampın seçkiqabağı siyasi hesablamalarını çətinləşdirmir.

Əksinə, Trampın ikinci prezidentlik dövrünün ilk mərhələsindən Rusiya yönümlü siyasəti və hazırda da ABŞ daxilində yanacağın qiymətini aşağı salmaq, bunun hesabına elektoratın dəstəyini qazanmaq istəyi ilə Putinlə əməkdaşlığı Tramp administrasiyasının siyasi taleyini ciddi sual altına salır".

Cavid